17 İyun 2016 16:26
545
12 Punto 14 Punto 16 Punto 18 Punto

İrandan Azərbaycana narkotik maddə keçirilməsinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Astara Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatına əsasən, İrandan Azərbaycana piyada yolla gələn Azərbaycan vətəndaşı gömrükçülər tərəfindən saxlanılıb və qanunvericiliyin tələblərinə müvafiq olaraq onun üzərində şəxsi yoxlama aparılıb.

Yoxlama zamanı onun daxili orqanlarından xalis çəkisi 4.537 qram olan narkotik vasitə heroin və xalis çəkisi 1.160 qram olan psixotrop vasitə metafetamin aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.


Müəllif:

Oxşar xəbərlər