Tanınmış vəkil Ceyhun Yusifov Qəbələ Rayon Məhkəməsinin qarşısında hücuma məruz qalıb. Bu barədə Teleqraf.com-a vəkilin özü məlumat verib.
Ceyhun Yusifov bildirib ki, məhkəmədən çıxan zaman qarşı tərəfin hücumuna məruz qalıb: “Əks tərəf məhkəmə binasının qarşısında, məhkəmə əməkdaşlarının gözü önündə məni ölüdərcəyini söylədi, fiziki təzyiq göstərmək üçün dəfələrlə üzərimə hücum çəkdi. Dərhal Qəbələ rayon polis şöbəsinin rəisinə məlumat verdim.
Həmin şəxs polis əməkdaşları tərəfindən saxlanıldı, barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cü maddəsi ilə protokol tərtib edilib Qəbələ Rayon Məhkəməsinə göndərildi”.
Vəkilin sözlərinə görə, rayon məhkəməsinin sədri Vahid Sadıqov inzibati işə baxıb, həmin şəxsi 50 manat cərimələnib: “510-cu maddənin sankisyasında 15 günədək müddətdə həbs də nəzərdə tutulur”.
Vəkil qeyd edib ki, inzibati işə onun iştirakı olmadan baxılıb: “Mənə təsir edən peşə fəaliyyətimlə bağlı təhqir və təzyiqlərə məruz qalmağım yox, 15 il vəkil işləmiş birisinin nüfuzuna 50 manat dəyərində qiymət verməsidir...”
Hacı Zeynalov