23 İyun 2016 18:59
637
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən şəxslərin məhkəməsi başa çatıb.

Teleqraf.com xəbər verir ki, məhkəmənin hökmü ilə Rəvan Əliyev 10 il, Əli Hüseynov 10 il, Samir Qurbanov 12 il müddətinə azadlıqdan məhrum ediliblər.

Qeyd edək ki onlar Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsinə əsasən ittiham ediliblər. Xətai rayon Polis İdarəsinin 37-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən ilin oktyabrın 4-də Məhəmməd Səfərzadəyə məxsus mağazadan quldurluq yolu ilə 190 manat aparmış Bakı şəhər sakinləri Əli Hüseynov, Samir Qafarov və Rəvan Əliyev müəyyən edilib. Hər 3 şəxs tutularaq məsuliyyətə cəlb edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər