Suraxanı rayonunda qandonduran hadisə baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, rayonun Qaraçuxur qəsəbəsində, azyaşlı Arzu Hacıyeva evlərinin həyətində oynayarkən yelləncəyin ipi onun boynuna dolandığından boğulub. Hava çatışmazlığı olan qızcığaz hadisə yerində ölüb.
Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.