Bakı polisi narkotiklərlə bağlı xüsusi əməliyyat keçirib.
Teleqraf.com xəbər verir ki, Nərimanov rayon Polis İdarəsinin 17-ci bölməsinin əməliyyat-axtarış tədbirləri nəticəsində Ağcabədi rayon sakini Elgiz Mirzəyev həbs edilib.
Elgiz Mirzəyevdən 3 kiloqram 40 qram marixuana götürülüb.
Daha bir əməliyyatı Bakı Şəhər Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə İdarəsi və Suraxanı rayon Polis İdarəsinin 30-cu bölməsinin əməkdaşları keçirib. Hövsan qəsəbə sakini Baxış Qurbanova məxsus həyətyanı sahədən 85 ədəd çətənə kolu və 7 kiloqram 40 qram marixuana aşkar edilib.
Hər iki faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov