7 İyul 2016 12:45
728
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabirabad rayonunda intihar hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Qalağayın kəndində qeydə alınıb.

Saatlı rayon sakini, 1992-ci il təvəllüdlü Rahim Əliyev kənd ərazisində yerləşən dəmirçi sexində özünü kəndirlə asıb.

Rahim Əliyevin asılmış meyiti orada işçilər tərəfindən aşkar olunub. Rahim Əliyev həmin sexdə dəmirçi işləyib.

Rahim Əliyevin xeyli miqdarda borca düşdüyü üçün intihar etdiyi bildirilir.

Faktla bağlı Sabirabad rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər