11 Avqust 2016 22:34
465
12 Punto 14 Punto 16 Punto 18 Punto

148 metr su borusu oğurlamaqda şübhəli bilinən Şəki sakini tutulub.

Daxili İşlər Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, 148 metr su borusu oğurlamaqda şübhəli bilinən Şəki rayonunun Baş Şabalıd kənd sakinləri Bəkir Bəkirov və Adil Səmədov saxlanılıblar.

Avqustun 10-da Şəki rayonunun Baş Şabalıd kənd sakinləri Məkkə Məmmədovaya və Bənam İsmayılovaya məxsus həyətyanı sahələrdən ümumilikdə 148 metr su borusu oğurlanıb. Şəki ŞRPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinənlər - həmkəndliləri Bəkir Bəkirov və Adil Səmədov saxlanılıblar.


Müəllif:

Oxşar xəbərlər