Abşeron rayonunda oğurluq hadisəsi baş verib. Teleqraf.com xəbər verir ki, hadisə rayonun Masazır qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini Elmira Əhmədovanın evindən 4800 manat dəyərində qızıl-zinət əşyaları və 500 manat dəyəri olan mobil telefonu oğurlanıb.
Polis əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində oğurluqda şübhəli bilinən Zahid Səfərov saxlanılıb. İstintaqa ifadə verən Zahid Səfərov törətdiyi cinayəti etiraf edib. Onun sözlərinə görə, hadisə baş verən gün spirtli içki qəbul edib. Evə qayıdarkən isə oğurluğu törədib.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov