6 Sentyabr 2016 00:31
495
12 Punto 14 Punto 16 Punto 18 Punto

Salyan rayonunda qətl hadisəsi baş verib.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında qeydə alınıb.

Belə ki, Tale Davudzadə küçəsində yaşayan Elçin Eldar oğlu Babayev naməlum şəxs və ya şəxslər tərəfindən başından aldığı balta zərbəsi nəticəsində dünyasını dəyişib. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: