7 Sentyabr 2016 21:15
533
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıt şəhərində oğurluq olub. Teleqraf.com xəbər verir ki, hadisə sentyabrın 5-də qeydə alınıb.

Sumqayıt şəhər sakini Bəstiqız Ağayevaya məxsus evdən 1500 manat pul və pnevmatik tüfəng oğurlanıb. Bəstiqız Ağayeva evindən oğurluq edilməsi ilə bağlı Sumqayıt şəhər Polis İdarəsinin 2-ci polis bölməsinə müraciət edib.

Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən həmyerliləri Qardaşxan Ağayev və Süleyman Əhmədov tutulublar.

Hacı Zeynalov


Müəllif: