9 Sentyabr 2016 18:30
439
12 Punto 14 Punto 16 Punto 18 Punto

3 saylı istintaq təcridxanasına qadağan olunmuş əşya keçirilməsinin qarşısını alan əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, Ədliyyə Nazirliyi Penitensiar Xidməti Baş İdarəsi və 3 saylı istintaq təcridxanasının əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində psixotrop tərkibli dərmanların müəssisəyə keçirilməsinin qarşısı alınıb.

Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək həbs edilmiş Elşən Qasımov 3 saylı İstintaq təcridxanasına daxil olarkən üzərinə və şəxsi əşyalarına baxış keçirilən zaman ona məxsus darağın içərisində xüsusi üsulla gizlədilmiş 28 fenadiazepin, 3 tramadol həbi aşkar edilərək götürülüb.

Fakt üzrə toplanılmış materiallar Xəzər Rayon Polis İdarəsinə göndərilib.

Hacı Zeynalov


Müəllif: