Astara rayonunda qətl hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun Pəlikeş kənd sakini, 26 yaşlı Cəsarət Tağıyev 54 yaşlı atası Xafitəli Tağıyevi bıçaqlayıb.
Ağır xəsarət alan Xafitəli Tağıyev vəfat edib. Hadisə ailə münaqişəsi zəminində baş verib. Cəsarət Tağıyev həbs edilib.
Faktla bağlı Astara rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Hacı Zeynalov