Bakıda mənzildən 500 min manatlıq qızıl-zinyət əşyaları və 50 min manat pul oğurlanıb.
Report-un məlumatına görə, hadisə Yasamal rayonu ərazisində qeydə alınıb.
34 yaşlı Ləyaqət Misirova Yasamal Rayon Polis İdarəsinin (RPİ) 29-cu Polis Bölməsinə müraciət edərək bu ilin avqust ayından sentyabrın 18-dək yaşadığı mənzildən 500 min manatlıq qızıl-zinyət əşyaları və 50 min manat pul oğurlandığını bildirib.
Faktla bağlı araşdırma aparılır.