Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Beynəlxalq Bankı idarə heyətinin keçmiş sədri Cahangir Hacıyev və daha 7 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Teleqraf.com xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçən prosesdə təqsirləndirilən Ibrahim Hüseynov son söz deyib.
Əfqan Hacıyev bildirib ki, ona qarşı verilən ittihamlar əsassızdır: "Heç bir mütəşəkkil dəstənin üzvü olmamışam. Beynəlxalq Bankın idarə olunmasında iştirak etməmişəm. Yalnız müqavilə əsasında bankın mühafizəsini təşkil etmişəm. İşim bankın obyektlərini qoruumaq olub, bütün materalların, avadanlıqların gətirilib-aparılmasına nəzarət etmişəm. Bununla bağlı bankın idarə heyətinin üzvlərinə hesabat vermişəm. İşçilərimin adına götürülən kreditlər layihədə xərclənib, yalnız faiz borcları qalıb. Bizim mənimsəmək fikrimiz olsaydı, kreditləri ödəməzdik. Məhkəmə və istintaq zamanı mənə verilən ittihamlar sübuta yetirilmədi. Barəmdə bəraət hökmü çıxarılmasını istəyirəm".
Daha sonra digər təqsirləndirilən Cahangir Hacıyev son söz deyib: "Bir il beş aydır bu cinayət işi gedir. İstintaq dövründə mənimsəmə faktı sübuta yetirilməyib. 2015-ci ilin aprel ayında bir zənglə istintaqa çağırılmışam. Həmin vaxt xaricdə idim. Cinayət törətmiş olsaydım, xaricdə qalardım, daha Azərbaycana gəlib, istintaq orqanını çağırışına getməzdim".
Cahangir Hacıyevin sözlərinə görə, ötən il mayın 2-də barəsində cinayət işi açılıb: "Uzun müddət istintaqla əməkdaşlıq etdim. Orda olan müstəntiqlərə bank işini öyrədirdim. Dekabr ayında barəmdə həbs qərarı çıxarıldı. Qanunsuz saxlanıldım. Cinayət işini Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin aparması da absurddur. Çünki bank işini bu idarədə heç kim bilmir".
Cahangir Hacıyev deyib ki, müavini Emil Mustafayev onun barəsində şikayəti prokurorluğa yox, Daxili İşlər Nazirliyinə verib: "Bu iş başdan-ayağa qurama idi. Mən Azərbaycanın xarici iqtisadi əlaqələrində böyük rol oynamışam. Məsələn, Rusiyanın böyük şirkəti olan "Qazprom"la müqavilə bağlamışam. Sonradan maliyyə nazirliyi bu işi pozdi, müqavilə ləğv olundu. Albaniyada olan zavodlarda beynəlxalq bankın sərməyaləri var idi. Maliyyə nazirliyi bu işi də pozdu. 350 milyon ziyana getdik.
Ümimiyətlə, gördüyüm işlər göz qabağındadır. Buna görə fəəssüf hissi keçirirəm. Bu cinayət işi başlayandan sonra minlərlə adamın ölkədən çıxışına qadağa qoyulub. Nədi, 500 dollar krediti var... Yaratdığımız iş yerləri bağlandı, minlərlə adam işsiz qaldı. Ailəmə qarşı da neqativ münasibət göstərildi. Bacımın bu işə nə adiyyəti var ki, onun da ölkədən çıxışına qadağa qoyulub. Anam vəfat edəndən sonra vəsiyyətlə bağlı heç bir sənədi hüquqi qüvvəyə almırlar".
Cagangir Hacyev deyib ki, Londona həyat yoıdaşının arxasınca əməliyyat qrupu göndərdilər: "Ittihamı Böyük Brtaniya interpolu qəbul etmədi. Çünki əsassız idi".
Cahangir Hacıyev bildirib ki, cinayət işi 21 cilddən ibarətdir, 38 nəfər əleyehinə ifadə verib, ekpertuzalar keçirilib: "Amma ortalıqda bir dənə də sübut yoxdur".
Cahangir Hacıyev çıxışında ailə üzvlərinə təmənnasız kredit kartlarının verilməsindən danışıb: "Ailəmin 48 milyon manat mənimsədiyi göstərilib. Pul təyyarə bletlərinə, gözəllik salonlarına xərclənib. Günün 25 saatını təyyarə ilə uçasan ki, bu qədər pul mənimsəyəsən. Ailəmin xərclədiyi bütün pullar tərəfimdən ödənilib. Ittihamlar əsassızdır. Mənə qarşı haqsızlıqlar olub".
O, bildirib ki, ittihamda göstərilən məbləğlərin kimin tərəfindən mənimsənildiyi məlumdur: "Mənə prokuror 17 il iş istəyib. 117 il iş verilsələr də vecimə deyil. Amma yanımda mənim kimi günahsız adamlara da cəza istəyirlər. Bu, haqsızlıqdır. 21-ci əsrdəyik, internet dövrüdür, oturub nəyisə araşdırmaq mümkündür".
Beynəlxalq Bankın keçmiş rəhbəri yenə həyat yoldaşı Zamirə Hacıtevadan danışıb: "Hacı Məmmədovla Zakir Nəsirov məndən həyat yoldaşımın girovluqdan azad olunması üçün 20 milyon manat tələb edirdilər. Guya mənim milyonlarla pullarım, villalarım, təyyarələrim var. Bəzi saytlar bunu geniş işıqlandırıblar. Hanı həmin var-dövlətim?"
Sabiq bankirçıxışında işin istintaqa qaytarılmasını, işi aparan prokuror, müstəntiqlər barəsində xüsusi qərardadlar çıxarılmasını istəyib. O barəsində bəraət hökmü tələb edib.
Hakimlər hökm qəbul etmək üçün müşavirə otağına yollanıblar. Yaxın vaxtlarda məhkəmə hökmü açıqlayacaq.
Bundan əvvəl keçirilən prosesdə prokuror Cahangir Hacıyevin 17 il, Yusif Ələkbərovun 11 il, Anar Sultanovun 8 il, İlqar Abdullayevin 8 il, İbrahim Hüseynovun 11 il, Kənan Orucovun 8 il, Məmməd Cahangirovun 8 il, Azad Cavadovunun 12 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Azərbaycan Beynəlxalq Bankının idarə heyətinin keçmiş sədri Cahangir Hacıyev, Mərkəzi filialın direktorları işləmiş Yusif Ələkbərov və Anar Sultanov, Mərkəzi filialın müdiri işləmiş İlqar Abdullayev, bankın inzibati binalarının mühafizəsini həyata keçirən “İnter Security” MMC-nin baş direktoru İbrahim Hüseynov, bankın Nəqliyyat filialının direktoru işləmiş Kənan Orucov, bankın Nərimanov filialının direktoru işləmiş, hazırda “AFB Bank” ASC-nin Müşahidə Şurasının sədri olan Məmməd Cahangirov və Bakı Fındıq Zavodunun direktoru işləmiş Azad Cavadov Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı), 228.1 və 228.4-cü (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham edilirlər.
Hacı Zeynalov