11 Oktyabr 2016 09:40
540
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Apelyasiya Məhkəməsində sabiq polis rəisinə qarşı dələduzluq etməkdə təqsirləndirilən Aygün Babaşovanın şikayəti üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, ittiham aktına əsasən, Aygün Babaşova 8 nəfərin etibarından sui-istifadə edərək ümumilikdə 450 min manat pulu dələduzluq yolu ilə əldə edib. O, həmin şəxslərə bildirib ki, onlarla birlikdə biznes quracaq.

Zərərçəkənlərdən Məhəmməd Məhəmmədov Şəkidə 25 il Dövlət Yol Polisi Bölməsinin rəisi olub. Aygün Babaşova biznes qurmaq adı ilə onun 200 min manatını alaraq dələduzluq edib.

Aygün Babaşova Cinayət Məcəlləsinin 178.3.2. (külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Aygün Babaşova 11 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Aygün Babaşova apelyasiya şikayəti verib.

Hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesdə Aygün Babaşovanın anket məlumatları, daha sonra isə apelyasiya şikayətinin dəlilləri müəyyən olunub.

Məhkəmə baxışı oktyabrın 20-nə təyin olunub.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər