Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən 1978-ci il təvəllüdlü Adil İbrahimov və keçmiş məhkum, 1987-ci il təvəllüdlü Tərlan Comərdovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Teleqraf.com xəbər verir ki, hakim Rahib Salmanovun sədrliyi ilə keçən prosesdə ilkin hazırlıq iclası baş tutub.
Prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Cinayət işi məhkəmə baxışına qəbul edilib. Proses oktyabrın 24-də davam etdiriləcək.
İttihama görə, zərərçəkmişlərdən biri Feyzulla Qasımov Bakı xəstəxanalarının birində həkim işləyir.
Tərlan Comərdov Sumqayıt sakinlərindən pul alıb qaytarmadığı üçün bu ilin avqust ayında 9 il müddətinə azadlıqdan məhrum edilib.
Hacı Zeynalov