17 Oktyabr 2016 17:19
859
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib.

Teleqraf.com xəbər verir ki, iclasda çıxış edən Şuranın sədri, ədliyyə naziri Fikrət Məmmədov ötən ay yüksək demokratik standartlar səviyyəsində keçirilmiş referendumun ölkəmizin gələcək inkişafı, insan hüquqlarının daha etibarlı təminatı, dövlət idarəçiliyinin təkmilləşdirilməsi baxımından mühüm əhəmiyyətini qeyd edib.

Qeyd edilib ki, Konstitusiyaya dəyişikliklər məhkəmə hakimiyyətinin fəaliyyətinə də müsbət töhfəsini verəcək, o cümlədən hakimliyə namizədlərə dair yaş həddinin götürülməsi gənclərin məhkəmə hakimiyyətində daha geniş təmsil olunmasına şərait yaradacaqdır.

İclasda həmçinin, məhkəmə fəaliyyətini tənzimləyən qanunvericiliyin müsbət beynəlxalq təcrübə nəzərə alınmaqla təkmilləşdirilməsi, məhkəmə sistemində mövcud olan vəkansiyaların komplektləşdirilməsi üzrə tədbirlər müzakirə edilib, digər təşkilati məsələlərə baxılıb.

Eyni zamanda hakimlər barədə intizam icraatlarına baxılaraq kobud qanun pozuntularına və korrupsiyaya şərait yaradan hallara yol verdiklərinə görə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Akşin Əfəndiyevin tutduğu vəzifədən azad olunaraq başqa işə keçirilməsi, Sumqayıt Şəhər Məhkəməsinin hakimi İlyas Mahmudova və Zaqatala Rayon Məhkəməsinin hakimi Arif İsmayılova töhmət verilməsi barədə qərarlar qəbul edilib, vətəndaşların haqlı narazılığına səbəb olan ciddi nöqsanlara, o cümlədən süründürməçilik hallarına yol verdiyinə görə 1 hakim barədə intizam icraatı başlanılıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər