17 Oktyabr 2016 18:12
746
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən Elşad Davudovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçən prosesdə hökm oxunub.

Elşad Davudov 9 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Nizami rayon ərazisində məskunlaşan məcburi köçkün, 1977-ci il təvəllüdlü Elşad Davudov bacısı, 1982-ci il təvəllüdlü Turanə Davidovanı yaşadığı evdə bıçaqlayıb. Xəstəxanaya çatdırılan qadın orada dünyasını dəyişib.

Məlum olub ki, Turanə Davudovanın həyat yoldaşı bir neçə il əvvəl vəfat edib. Bu səbəbdən qardaş və bacı bir evdə kirayə yaşayıblar. Hadisə baş verən günü evə sərxoş gələn Davud bacısı ilə heç bir səbəb olmadan mübahisə edib. Mübahisə zamanı o, bacısını bıçaqla vurub.

Elşad Davudov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunub.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər