18 Oktyabr 2016 17:07
522
12 Punto 14 Punto 16 Punto 18 Punto

Həbsdə olan NİDA üzvü Bayram Məmmədov barəsində olan cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Bu barədə Teleqraf.com-a Bayram Məmmədovun vəkili Elçin Sadıqov məlumat verib.

Bayram Məmmədov digər gənc fəal Qiyas İbrahimovla birgə mayın 10-da saxlanıb. Mayın 12-də Xətai Rayon Məhkəməsi hər iki gənc haqqında 4 aylıq həbs-qətimkan tədbiri seçib.

Qiyas Məmmədovun cinayət işi ayrıca icraatda araşdırılır.

Qiyas İbrahimov və Bayram Məmmədov Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, satma) maddəsinə əsasən ittiham olunur.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər