Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində növbəti məhkəmə prosesi davam edib.
Teleqraf.com xəbər verir ki, hakim Əlövsət Abbasovun sədrlik etdiyi prosesdə dövlət ittihamçısı çıxış edib.
O, Vüqar Yusifov və Zülfüqar Yusifovun hər birinin 20 il azadlıqdan məhrum edilməsini istəyib.
Məhkəmə noyabrın 2-də davam edəcək.
İttihama görə, hadisə 2014-cü il iyunun 24-də Abşeron rayonunun Novxanı qəsəbəsində qeydə alınıb. Vasif Məmmədov və qardaşı Asif Məmmədovun pul borcu üstündə Vüqar və Zülfüqar Yusifov qardaşları ilə mübahisələri olub.
25 yaşlı Vüqar Yusifov borclu olduğu qohumları Asif və Vasif Məmmədovlar tərəfindən dəfələrlə təhdid olunub.
Tərəflərin mübahisəsi sonda davaya çevrilib, Vüqar yaxın qohumlarına bıçaqla xəsarət yetirib. Yaralılar Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılsa da, həkimlər Vüqar Məmmədovun həyatını xilas edə bilməyiblər.
Məlum olub ki, Vüqar Yusifovun qardaşı Zülfüqar Yusifov da hadisə yerində olub.
Hacı Zeynalov