21 Oktyabr 2016 12:55
661
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Türkiyədə axtarışda olan Engin Said Dudunun öz ölkəsinə təhvil verilməsi barədə Azərbaycan Ədliyyə Nazirliyinin təqdimatı əsasında məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, hakim Fikrət Qəribovun sədrlik etdiyi prosesdə Engin Said Dudunun öz ölkəsinə təhvil verilməsi barədə məsələ araşdırılıb.

Prosesdə Engin Said Dudu 1984-cü ildə Mardində anadan olduğu deyib: "Bizdə qan davası vardı. 2008-ci ildə universitetdən çıxanda üstəmə hücum çəkdilər. Mən də vurdum. Mənə qəsdən sağlamlığa ağır zərbə vurma ilə cinayət işi başladılar. Barəmdə həbs qətimkan tədbiri seçilmədi. Mənə 3 il 4 ay şərti cəza verildi.

Qanlı olduqlarım arxamca düşmüşdü. Bu səbəbfənAzərbaycana qaçdım. Azərbaycanda yaşadığım müddətdə ailə qurmuşam. 7 aylıq körpəm var".

O bildirib ki, artıq onun işi ilə bağlı Türkiyədə aministiya aktı imzalanıb: "Ona görə bilet alaraq hava limanına getdim. Ailəm Türkiyədədir. Tez bir zamanda Türkiyəyə getməyi arzulayıram. Xahiş edirəm, məni ekstradisiya edin".

Prokuror onun Türkiyəyə göndərilməsini istəyib.

Hakimlər Engin Said Dudunun öz ölkəsinə ekstradisya olunması barədə qərar qəbul ediblər.

32 yaşlı Engin Said Dudu Heydər Əliyev Beynəlxalq Hava Limanında xaricə getmək istəyərkən saxlanılıb. O, Türkiyə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə axtarışda olub.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər