Bu gün səhər saatlarında Bakının Binəqədi rayonu ərazisində körpü dağılıb.
Rayon Polis İdarəsindən məlumata görə, hadisə Məhəmmədəmin Rəsulzadə qəsəbəsilə Biləcəri qəsəbəsi arasındakı körpüdə qeydə alınıb.
Belə ki, İran vətəndaşı Cəmai Fərhadın idarə etdiyi TIR körpüdən keçərkən həddindən artıq hündür olduğu üçün ilişib. Nəticədə körpüdə dağıntı olub.
Hadisə yerinə hüquq-mühafizə orqanları əməkdaşları cəlb olunub. Hadisə zamanı ərazidə avtomobil sıxlığı yaşanıb. Lakin qısa müddət ərzində problem aradan qaldırılıb.
Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmayıb. /Ans.press/