29 Oktyabr 2016 21:51
906
12 Punto 14 Punto 16 Punto 18 Punto

Samux rayonunda mal-qara oğurluğu edənlərin yaxalanması iləı bağlı əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, Samux rayon polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Kolayır kənd sakinləri Vasif Rəhimov, İsa Muxtarov və Şahin Mirzəyev tutulublar.

Mütəşəkkil dəstənin üzvləri oktyabrın 9-dan 20-dək olan müddətdə Samux rayon sakinləri olan 5 nəfərə məxsus ümumilikdə 4 baş inək və 4 baş qoyunu oğurlayıblar.

Onların cari ilin avqust-oktyabr aylarında daha 7 rayon sakininə məxsus ümumilikdə 16 baş qoyun və 4 baş inək oğurlamaları da müəyyən edilib.

Hacı Zeynalov


Müəllif: