1 Noyabr 2016 11:04
721
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağlr Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Sübhan Ələkbərov, Pərviz Quliyev, Həzrət Məmmədov, Vüqar Vəliyev, Mirsənan Seyidov və Nemət Fərhadovun cinayət işi üzrə məhkəmə başlayıb.

Teleqraf.com xəbər verir ki, təqsirləndirilın şəxslər Nərimanov rayon ərazisində Odlar Yurdu Universitetinin birinci prorektoru Munir Vəliyevin evindən oğurluq ediblər.

Oğrular ümumilikdə 429 min 172 manat dəyərində əmlakını ələ keçiriblər.

Hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı noyabrın 10-a təyin edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər