Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluq və narkotik vasitələein istifadəsində təqsirli bilinən Rahib Tağıyevin cinayət işi üzrə məhkəmə başa çatıb.
Teleqraf.com xəbər verir ki, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçən prosesdə hökm oxunub.
Rahib Tağıyevə 3 min manat miqdarında cərimə, 1 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib.
Rahib Tağıyevin başqa yerə getməmək barədə qəti imkan tədbiri ləğv edilib. O, məhkəmə salonunda həbs olunub.
İttihama görə, Rahib Tağıyev Arif Məmmədovu Heydər Əliyev Adına Beynəlxalq Hava Limanında inspektor vəzifəsinə düzəltməyə vəd verib və 7 min 500 manatını alıb. Bundan başqa, o, Əli Piriyevi Heydər Əkiyev Adına Beynəlxalq Hava Limanında mühasibatlığa işə düzəltmək adı ilə aldadaraq 10 min manatını ələ keçirib.
Rahib Tağıyev polis tərəfindən saxlanılan zaman üzərindən 1 qram narkotik vasitə aşkar edilib.
Hacı Zeynalov