10 Noyabr 2016 21:26
495
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qusarda yanğın hadisəsi qeydə alınıb.

Teleqraf.com-un Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın rayonun İmamqulukənd kəndində vətəndaşa məxsus ümumi sahəsi 70 m2 olan birmərtəbəli 3 otaqlı evdə baş verib.

Nəticədə evin dam örtüyü və 2 otağın yanar konstruksiyaları 50 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 18:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


Müəllif: