12 Noyabr 2016 10:23
1 808
12 Punto 14 Punto 16 Punto 18 Punto

Göygöl rayonunda 32 yaşlı kişi intihara cəhd edib. Teleqraf.com xəbər verir ki, hadisə rayonun Xəqani kəndində qeydə alınıb.

Kənd sakini, 1984-cü il təvəllüdlü Vüsal Məmmədov bıçaq xəsarəti ilə xəstəxanaya gətirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub. Qarın nahiyəsindən bir neçə bıçaq xəsarəti alan Vüsal Məmmədovun vəziyyətinin ağır olduğu bildirilir.

İlkin araşdırmalar zamanı məlum olub ki, Vüsal Məmmədov özü-özünə xəsarət yetirib. Onun nişanlısı ilə mübahisəsi olub. Qız oğlanı sevmədiyini, nişanı qaytaracağını deyib. Bundan əsəbləşən Vüsal özünə xəsarət yetirib.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər