18 Noyabr 2016 14:49
1 028
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində cinayət haqda bilə-bilə yalan xəbər verməkdə təqsirləndirilən Aygün Əliyevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Aygün Əliyevanın barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. 2 il sınaq müddətinə şərti cəza alan Aygün Əliyeva məhkəmə zalından azadlığa buraxılıb.

Aygün Əliyeva polisə zəng edərək, Bakının Bilgəh qəsəbəsində yerləşən kluba bomba qoyduğunu deyib. Araşdırmalardan sonra məlumatın yalan olduğu məlum olub.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər