Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirli bilinən Vüqar Yusifov və onun qardaşı Zülfüqar Yusuifovun cinayət işi üzrə növbəti proses başa çatıb.
Teleqraf.com xəbər verir ki, hakim Əlövsət Abbasovun sədrlik etdiyi prosesdə hökm oxunub.
Vüqar Yusifov və Zülfüqar Yusifovun hər biri 12 il müddətinə azadlıqdan məhrum edilib.
Bundan əvvəlki prosesdə prokuror Vüqar Yusifov və Zülfüqar Yusifovun hər birinin 20 il azadlıqdan məhrum edilməsini istəmişdi.
İttihama görə, hadisə 2014-cü il iyunun 24-də Abşeron rayonunun Novxanı qəsəbəsində qeydə alınıb. Vasif Məmmədov və qardaşı Asif Məmmədovun pul borcu üstündə Vüqar və Zülfüqar Yusifov qardaşları ilə mübahisələri olub.
25 yaşlı Vüqar Yusifov borclu olduğu qohumları Asif və Vasif Məmmədovlar tərəfindən dəfələrlə təhdid olunub.
Tərəflərin mübahisəsi sonda davaya çevrilib, Vüqar yaxın qohumlarına bıçaqla xəsarət yetirib. Yaralılar Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılsa da, həkimlər Vüqar Məmmədovun həyatını xilas edə bilməyiblər.
Məlum olub ki, Vüqar Yusifovun qardaşı Zülfüqar Yusifov da hadisə yerində olub.
Hacı Zeynalov