24 Noyabr 2016 16:36
898
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Altay Həsənovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Teleqraf.com xəbər verir ki, hakim Cavid Hüseynovun sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası noyabrın 30-na təyin edilib.

Qətl hadisəsi bu il avqust ayında Mərdəkan qəsəbəsində baş verib. Qəsəbə sakini 37 yaşlı Altay Həsənov qeyri-rəsmi nikah münasibətində yaşadığı 34 yaşlı Yasəmən Novruzovanı mübahisə zəminində öldürüb.

Hadisədən iki gün sonra isə Altay Həsənov Xəzər rayon Polis İdarəsini 1-ci polis bölməsinə gələrək arvadının itkin düşdüyünü deyib. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində Altay Həsənovun Yasəmən Novruzovanı qətlə yetirərək yaşadığı evin həyətində basdırdığı məlum olub.

Meyit ekspertlərin iştirakı ilə basdırıldığı yerdən çıxarılıb. Altay Həsənov isə saxlanılaraq istintaqa təhvil verilib. İlkin dindirmə zamanı o, həyat yoldaşını əmisi oğlu ilə mobil telefonla danışdıqdan sonra döydüyünü deyib.

Qətlə yetirilən Yasəmən Novruzova 4 aylıq hamilə imiş.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər