Gəncə şəhərində 24 yaşlı gənc döyülüb.
Teleqraf.com xəbər verir ki, hadisə Gəncədə - 4-cü mikrorayon ərazisində baş verib.
Şəhər sakini, 24 yaşlı İlknur Mahmudov naməlum şəxs tərəfindən döyülüb. Xəsarət alan İlknur Mahmudov xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. İlkin məlumata görə, İlknur Mahmudov qız üstündə döyülüb.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov