26 Noyabr 2016 17:21
3 505
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Yasamal rayonunda kirayədə yaşayan gənc oğlanın evindən oğurluq edilib.

Teleqraf.com xəbər verir ki, rayon ərazisində kirayədə yaşayan Kürdəmir sakini Sahil Ələkbərovun evindən 100 manat pul və mobil telefon oğurlanıb.

Yasamal rayon Polis İdarəsinin 27-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Masallı sakini R. G. tutulub.

Məlumata görə, Sahil Ələkbərov R.G. ilə cinsi əlaqədə olmaq üçün onu kirayə yaşadığı evə gətirib. Sahil Ələkbərov qadınla cinsi əlaqədə olub və daha sonra qadın evi tərk edib. R.G gedəndən sonra Sahil Ələkbərov 100 manatının və mobil telefonunun da oğurlandığını görüb. O, hadisə ilə bağlı polisə məlumat verib.


Faktla bağlı cinayət işi başlayıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər