Bakının Xətai rayonunda bıçaqlanma hadisəsi baş verib. Teleqraf.com xəbər verir ki, hadisə rayonun Sarayevo küçəsi 1 C ünvanında qeydə alınıb.
Hacıqabul rayon sakini, 1993-cü il təvəllüdlü Fazil Məmmədov yaşadığı evin qarşısında naməlum şəxs tərəfindən bıçaqlanıb. Fazil Məmmədov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin ağır olduğu bildirilir.
Fazil Məmmədovu bıçaqlayan şəxsin müəyyən edilərək həbs edilməsi istiqamətində əməliyyat tədbirləri görülür.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov