6 İyul 2014 23:00
1 057
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyunun 16-dan etibarən yaşadığı Sulutəpə qəsəbəsindən 2 övladı ilə barəbər yoxa çıxan gənc qadınla bağlı yeni xəbər var.

Qadının həyat yoldaşı Eldar Əliyevin (ad şərtidir) keçmiş polis əməkdaşı ilə bərabər Naxçıvana qaçdığı güman edilən gənc qadın hazırda Şamaxının Sünnid kəndidədir.
Bu barədə E.Əliyevə qadın özü bu gecə telefonla xəbər verib. Şamaxıda nənəsinin evində olduğunu və həyat yoldaşına rəsmi qaydada ayrılmağı təklif edən gənc qadın azyaşlı uşaqların harada olması barədə həyat yoldaşının suallarını cavablandırmayıb: “Məni ancaq uşaqlarım maraqlandırır. Onlar hardadır, kimin yanındadır- bunu bilmirəm. Buna görə də uşaqlarımla bağlı mənə məlumat verilməsini tələb etdim. Polisdən də tələbim ancaq uşaqlarımın tapılaraq mənə qaytarılmasıdır”.
Məlumatlara görə, keçmiş polis əməkdaşı tərəfindən əvvəlcə Naxçıvana aparılan gənc qadın mətbuat və hüquq-mühafizə orqanlarının məsələyə müdaxiləsindən sonra geri, nənəsinin evinə qaytarılıb.
Xatırladaq ki, hazırda E.Əliyevin müraciəti Binəqədi rayon 40-cı polis bölməsində araşdırılır.
/milli.az/

Müəllif:

Oxşar xəbərlər