Bakı-Qazax yolunun 195-ci kilometrliyində, Kürdəmir rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Fövqəladə hallar Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, Səhiyyə Nazirliyinə məxsus Kürdəmir rayon Təcili Tibbi Yardım Stansiyasının QAZel markalı avtomobili ilə vətəndaşa məxsus KamAZ markalı yük avtomobili toqquşub və nəticədə yanğın olub.
Yanğın nəticəsində QAZel markalı avtomobilin yanar hissələri yanıb. KamAZmarkalı yük avtomobili yanğından mühafizə olunub. Yanğın söndürülüb.