Xaçmaz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş məlumat əsasında idarənin “Samur” gömrük postunda Azərbaycandan Rusiya istiqamətinə gedən Azərbaycan vətəndaşının idarə etdiyi “Hyundai Sonata” markalı minik avtomobilinə gömrük baxışı həyata keçirilib.
Dövlət Gömrük Komitəsindən Teleqraf.com-a verilən məlumata görə, vətəndaşın üzərində şəxsi yoxlama aparılıb. Yoxlama zamanı avtomobildən və vətəndaşın üzərindən gömrük orqanlarına bəyan edilməyib, ümumilikdə 2 milyon 820 min 500 Rusiya rublu aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.
İlhamə ƏBÜLFƏT