13 Yanvar 2017 15:26
435
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda “Şıxlı” sərhəd-nəzarət buraxılış məntəqəsinin əməkdaşları ilə birlikdə keçirilən əməliyyat zamanı Azərbaycandan Gürcüstana səyahət edən 2 nəfər Azərbaycan vətəndaşının üzərində müvafiq qanunvericiliyə uyğun olaraq şəxsi yoxlama aparılıb.

Dövlət Gömrük Komitəsindən Teleqraf.com-a verilən məlumata görə, yoxlama zamanı həmin şəxslərdən birinin ayaqqabılarının içərisindən gömrük nəzarətindən gizlədilən, gömrük orqanına əvvəlcədən bəyan edilməyən 1 milyon Rusiya rublu, digərinin üzərindəki gödəkcənin cibindən isə sellofan paketdə bükülü vəziyyətdə 400 min Rusiya rublu aşkar edilib.

“Sınıq Körpü” gömrük postunda aşkar edilən daha bir valyuta qaçaqmalçılığı faktı üzrə isə Gürcüstan Respublikasına səyəhət edən Azərbaycan Respublikası vətəndaşının üzərindəki gödəkçənin cibindən gömrük nəzarətindən gizlədilən 600 min Rusiya rublu aşkar edilib.

Hər iki faktla bağlı araşdırma aparılır.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər