Bakının Sabunçu rayonunda intihar hadisəsi baş verib. Teleqraf.com xəbər verir ki, hadisə rayonun Kürdəxanı qəsəbəsində qeydə alınıb.
1992-ci il təvəllüdlü Fərrux Qəhrəmanlı özünü yaşadığı evin tavanından iplə asaraq ölüb.
Daha bir intihar hadisəsi Qəbələ rayonunda qeydə alınıb. Rayonun Mirzəbəyli kənd sakini 1981-ci il təvəllüdlü Gülər Ağayeva özünü yaşadığı evdə asaraq ölüb.
Oxşar hadisə Ağdam rayonunun Üçoğlan kəndində baş verib. Kənd sakini, 1961-ci il təvəllüdlü Razidə Nəcəfova yaşadığı evin həyətindəki tikilidən özünü asaraq ölüb.
Razidə Nəcəfovanın üç övladı var və onun psixoloji problemi olub.
Hər üç faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatma) maddəsi ilə cinayət işi başlanıb.
Hacı Zeynalov