24 Yanvar 2017 14:21
1 296
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şamaxı rayonunda bacısını qətlə yetirən qardaş həbs edilib. Teleqraf.com xəbər verir ki, hadisə şəhərin Seyid Əzim Şirvani küçəsində qeydə alınıb.

Şamaxı şəhər sakini, 1971-ci il təvəllüdlü Rəfail Yolçuyev evdə bacısı, 1981-ci il təvəllüdlü Yasəmən Arzuxanovanı boğaraq qətlə yetirib. Cinayəti törədən Rəfail Yolçuyev daha sonra Şamaxı rayon polis şöbəsinə gələrək istintaqa təslim olub. O, bacısını öldürdüyünü etiraf edib.

İlkin araşdırma zamanı qətlin qısqanclıq zəminində törədildiyi müəyyənləşib. Ailəli olan Yasəmən Arzuxanova bir neçə ay əvvəl həyat yoldaşı ilə mübahisə edib. Daha sonra ər evini tərk edən qadın Bakıya gəlib. Bir neçə ay Bakıda müxtəlif ünvanlarda qalan iki uşaq anası Yasəmən Arzuxanova dolana bilməyib. Daha sonra o, övladlarını da götürərək ata evinə gəlib.

Evdə olduğu zaman ailə münaqişəsi zəminində mübahisə yaranıb. Mübahisə zamanı Rəfail Yolçuyev bacısını sorğu-suala tutub. Bundan sonra Rəfail onubacısını boğaraq öldürüb.

İstintaqa ifadə verən Rəfail Yolçuyev törətdiyi cinayətə görə peşman olduğunu deyib. O, bildirib ki, bacısının Bakı şəhərinə getməsinin səbəbi ilə bağlı verdiyi suallara kobud cavab alıb. “Dedim ki, evindən niyə getmisən? Bu sualıma çox kobud cavab verdi. Bacımın özbaşına Bakıya getməyinə əsəbləşdim və onu boğaraq öldürdüm”, - deyə şübhəli şəxs bildirib.

Faktla bağlı Şamaxı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. İstintaq gedir.


Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər