25 Yanvar 2017 11:47
601
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəki şəhərində qətl hadisəsi törədən şəxs həbs edilib.

Teleqraf.com xəbər verir ki, hadisə yanvarın 24-də şəhərin M.Ə.Rəsulzadə küçəsi, 44 ünvanında qeydə alınıb.

Həmin ünvanda bıçaqlanana 970-ci il təvəllüdlü Mehman Əsgərov xəstəxanaya gətirilib. Ona tibbi yardım göstərilməsinə baxmayaraq həyatını xilas etmək mümkün olmayıb.

Polisin keçirdiyi əməliyyat nəticəsində cinayəti törədən Seymur Süleymanov həbs edilib. Onun mərhuma qohum olduğu bildirilir. Hadisə ailə münaqişəsi zəminində baş verib.

Mehman Əsgərov əvvəllər məhkum olunub. O, bir neçə il əvvəl həbsdən azad edilib.

Faktla bağlı Şəki şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər