31 Yanvar 2017 11:24
548
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Elçin Məmmədovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Teleqraf.com xəbər verir ki, hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Elçin Məmmədov 9 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, o, vətəndaşları işə düzəltmək adı ilə 10-a yaxın zərərçəkmişin ümumilikdə 30 min manat pul alıb. Amma vədinə əməl etməyib, aldığı pulları şəxsi ehtiyaclarına xərcləyib.

Elçin Məmmədov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər