Şirvan şəhərində silahlı şəxsin həbs edilməsi üçün əməliyyat keçirilib.
Teleqraf.com xəbər verir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Şirvan şəhər polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şirvan şəhər sakini Samir Qurbanəliyev həbs edilib.
Samir Qurbanəliyevdən “TT” markalı tapança, 2 ədəd patron darağı, 9 ədəd patron və 3,394 qram heroin götürülüb. O, əvvəllər də məhkum olunub.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov