Lənkəranda yanğın hadisəsi qeydə alınıb.
Teleqraf.com-un Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Lənkəran rayonu, Gərmətük kəndində vətəndaşa məxsus ümumi sahəsi 150 m2 olan birmərtəbəli 4 otaq və aynabənddən ibarət evin mətbəxinin yanar konstruksiyaları və ev əşyaları 20 m2 sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 20:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.