Bakının Nizami rayonunda oğurluqla məşğul olan iki nəfər saxlanılıb. Teleqraf.com xəbər verir ki, saxlanılan şəxslər Mahir Bayturayev və Fuad Mustafayev adlı dostlardır.
Bakı şəhər sakinləri Mahir Bayturayev və Fuad Mustafayevin həbs edilməsi üçün əməliyyatı Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Nizami rayon Polis İdarəsinin 24-cü polis bölməsinin əməkdaşları keçirib.
Saxlanılan şəxslər ötən ilin dekabrın 30-dan cari il fevralın 9-dək olan müddətdə paytaxt ərazisindəki 15 evin həyətindən su sayğaclarını oğurlamaqda şübhəli bilinirlər.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov