Qəbələ rayonunda silah-sursatın götürülməsi ilə bağlı əməliyyat keçirilib.
Teleqraf.com xəbər verir ki, Qəbələ rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bunud kənd sakini Şamil Hacıməmmədov saxlanılıb.
Ondan müvafiq sənədləri olmayan "TOZ-16" markalı tüfəng götürülüb.
Bundan başqa, Göyçay rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Çaxırlı kənd sakini Rövşən Seyidovdan müvafiq sənədləri olmayan "TOZ-57" markalı tüfəng, 13 ədəd patron və 1 ədəd bıçaq götürülüb.
Hacı Zeynalov