20 Fevral 2017 09:17
443
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıt şəhərində silah və narkotik saxlayan keçmiş məhkumun tutulması üçün əməliyyat keçirilib. Teleqraf.com xəbər verir ki, Sumqayıt şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Anar Məhərrəmov həbs edilib.

Ondan kustar üsulla hazırlanmış tapança, 1 ədəd patron darağı və 5 ədəd patron, habelə 22,470 qram heroin götürülüb.

Anar Məhərrəmovun Cinayət Məcəlləsinin 127-ci (qəsdən sağlamlığa az ağır zərər vurma) və 221-ci (xuliqanlıq) maddələri ilə axtarışda olması da müəyyən edilib.

Hacı Zeynalov


Müəllif: