Bakının Xəzər rayonunda bıçaqlanma hadisəsi baş verib. Teleqraf.com xəbər verir ki, hadisə rayonun Binə qəsəbəsində qeydə alınıb.
Qəsəbə ərazisində 1996-ci il təvəllüdlü Asif Həbibov bıçaqlanıb. O, xəstəxanaya yerləşdirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün Asif Həbibovun həyatını xilas etmək mümkün olub.
Məlumata görə, gecə saatlarında işdən evə qayıdan gəncin qarşısını bir nəfər kəsib. Həmin şəxs Asifdən siqaret istəyib. Amma Asif siqaretinin olmadığını deyib.
Bu zaman onların arasında mübahisə yaranıb. Mübahisə zamanı həmin şəxs Asif Həbibovu bıçaqlayıb.
Hazırda Asif Həbibovu bıçaqlan şəxsin müəyyən edilərək həbs edilməsi üçün tədbirlər görülür.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov