Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluq və quldurluqda təqsirləndirilən Pərviz Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Teleqraf.com xəbər verir ki, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.
O, Pərviz Hüseynova 14 il həbs cəzası istəyib.
Təqsirləndirilən şəxsin hüquqlarını müdafiə edən vəkil çıxış üçün məhkəmədən vaxt istəyib. Proses martın 7-də davam edəcək.
İttihama görə, Pərviz Hüseynov paytaxtda 2000-ci ildə 3 nəfərlə birlikdə cinayət əlaqəsinə girərək Bakı şəhər sakini öldürməyə cəhd edib. Onlar şəhər sakinləri qarşı quldurluq əməlləri törədərək pul alıblar. Digər 3 nəfər həmin il saxlanılaraq barələrində məhkəmə hökmü çıxarılıb.
Pərviz Hüseynov isə cinayətdən yayına bilib. O, Rusiya Federasiyasına qaçıb. Bir müddətdən sonra Rusiyada başqa bir cinayətə görə tutulub. Uzun müddət orda məhbusluq həyatı yaşayıb. 2015-ci ildə Azərbaycana qayıdan Pərviz Hüseynov saxlanılıb.
Hacı Zeynalov