Bakının Suraxanı rayonunda quldurluq hadisəsi baş verib. Teleqraf.com xəbər verir ki, naməlum şəxs Bakı şəhər sakini Şahlar Ağayevi bıçaqla hədələyərək pul tələb edib.
Bu zaman həmin şəxs Şahlar Ağayevin üzərində olan 80 manatı alaraq hadisə yerindən uzaqlaşıb. Quldurluqla üzləşən Şahlar Ağayev hüquq-mühafizə orqanlarına müraciət edib.
Suraxanı rayon Polis İdarəsinin 31-ci polis bölməsi əməkdaşlarının keçirdikləri tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən paytaxt sakini Ehtiram Sultanov tutulub.
Hacı Zeynalov