16 Mart 2017 01:40
457
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəmkirdə döyülmə faktı qeydə alınıb.

Rayonun Könüllü kənd sakini, 1968-ci il təvəllüdlü Minarə Qədi qızı Namazova qapalı kəllə beyin travması və müxtəlif bədən xəsarətləri ilə Şəmkir rayon Mərkəzi Xəstəxanaya yerləşdirilib.

Ona tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir. Məlumata görə, qadın qonşusu və qohumu olan şəxs tərəfindən torpaq üstündə yaranan mübahisə zamanı döyülüb.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.
/APA/


Müəllif:

Oxşar xəbərlər